Bakı polisi sosial şəbəkələrdə yayılan görüntülərə münasibət bildiridi

saytların hazırlanması

Evə çatdırılma

Bakı polisi sosial şəbəkələrdə yayılan görüntülərə münasibət bildiridi

Hadisə

24 Dekabr 2019 15:11 1088


“Sosial şəbəklərədə yol polisinə tabesizlik göstərən videogürüntülərdən məlumatlıyıq. Fakt dekabrın 20-də Nərimanov rayonu, Ziya Bünyadov prospektində qeydə alınıb”.

"Yeni Sabah" xəbər verir ki, bunu "Report"un sorğusuna cavabında Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

O qeyd edib ki, hərəkət sıxlığının intensiv olduğu prospektdə manevr etmə qaydasını pozduğu üçün yol-patrul xidməti əməkdaşları “Cherolet Aveo” markalı avtomaşına “saxla” işarəsi verib: pizza mizza

"Sürücü yol-patrul xidməti əməkdaşlarının qanuni “saxla” işarəsinə qəsdən əməl etməyərək hərəkəti davam etdirməklə digər hərəkət iştirakçılarına real təhükə yaradıb. Hərəkət iştirakçılarının təhlükəsizliyini təmin edən yol-patrul xidməti əməkdaşları marşurut üzrə süni tıxac yaratmaqla həmin avtomobili dayandırıblar.

Sürücü özü və avtomaşına aid heç bir sənəd təqdim etməyərək tabesizlik göstərdiyi üçün saxlanılaraq Nərimanov Rayon Polis İdarəsinə təhvil verilib.

Sürücü ətrafında araşdırma zamanı avtomobili idarə edən şəxsin R.Quliyev olması müəyən olunmaqla onun izahatı alınıb. O, izahatında tələsdiyi üçün avtomaşını saxlamadığını bildirib. Sürücü əməlindən peşiman olduğunu qeyd edib, yol polisinin onun əsaslı olaraq saxladığını, məsuliyyətdən yayınmaq üçün “tələsirəm” deməsini etiraf edib.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.3 maddələrilə inzibati protokol tərtib olunaraq sərbəst buraxılıb".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!