Bakı polisindən Bəxtiyar Hacıyev ilə bağlı AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Bakı polisindən Bəxtiyar Hacıyev ilə bağlı AÇIQLAMA

Sosial

05 Fevral 2020 15:57 1097


"Növbədənkənar parlament seçkilərində namizəd Bəxtiyar Hacıyevin təbliğat-təşviqat lövhələrindən plakatlarının məqsədli olaraq qoparılması ilə bağlı iddiaları tərəfimizdən tam və hərtərəfli araşdırılıb".

Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətindən "Yeni Sabah"a daxil olan məlumata görə, müraciətlə əlaqədar “Təhlükəsiz şəhər” kameralarının arxiv görüntülərinə baxış keçirilib:

"Baxış zamanı seçki lövhələrindən plakatların qoparılmasında şəxsi müdaxilə faktı aşkarlanmayıb, plakatın küləyin təsirindən qopması müəyyən olunub. Təbliğat və təşviqat prosesində polis üzərində düşən vəzifələrin icrasını yüksək peşəkarlıqla davam etdirir, daxil olunan bütün müraciətlərə diqqətlə yanaşır". pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!