Bakı polisindən karantin haqda açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Bakı polisindən karantin haqda açıqlama

Sosial

21 İyun 2020 07:49 1417


Sərtləşdirilmiş xüsusi karantin rejimi ilə əlaqədar olaraq paytaxtda məhdudiyyətlər tətbiq olunur.

Bakı Şəhər Baş Polis İdarəsindən “Yeni Sabah”a bildirib ki, koronavirus (COVID-19) infeksiyasının yayılma sürətinin azaldılması, törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə xüsusi karantin rejiminin sərtləşdirilməsini təmin etmək üçün Bakı şəhərində iyunun 21-i saat 00:00-dan iyulun 5-i saat 06:00-dək məhdudiyyətlərin tətbiqinə başlanılıb.

Xatırladaq ki, Nazirlər Kabinetinin Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə müvafiq Qərarına əsasən, iyunun 21-i saat 00:00-dan iyulun 5-i saat 06:00-dək həmin ərazilərdə məhdudiyyətlər tətbiq olunacaq. pizza hut


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!