Bakı-Qazax şosesində zəncirvari qəza: Xəsarət alanlar var

saytların hazırlanması

Evə çatdırılma

Bakı-Qazax şosesində zəncirvari qəza: Xəsarət alanlar var

Hadisə

14 Aprel 2024 11:09 521


Bakının Qaradağ rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı iki nəfər xəsarət alıb.

Yenisabah.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax şosesinin Ələt qəsəbəsinə düşən hissəsində qeydə alınıb.

Üç avtomobilin iştirakı ilə baş verən zəncirvari qəzada 24 yaşlı Nadir Habil oğlu Nağıyev və 22 yaşlı Sadiq Eduard oğlu Ələkbərzadə ağır xəsarətlər alıblar. Pepperoni pizza

Yaralılar Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər.

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşları araşdırma aparırlar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!