Bakı-Qazax yolunda ağır QƏZA - Ölən və xəsarət alanlar var

saytların hazırlanması

Evə çatdırılma

Bakı-Qazax yolunda ağır QƏZA - Ölən və xəsarət alanlar var

Hadisə

27 İyun 2021 09:30 734


Bakı-Qazax magistralının Şəmkir rayon ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun “Üç yol” deyilən ərazidə qeydə alınıb. Belə ki, "VAZ-2107" və "QAZ-3110" markalı avtomobillərin toqquşması nəticəsində 1 qadın (şəxsiyyəti dəqiqləşdirilir-red) hadisə yerində dünyasını dəyişib, daha 2 nəfər - 1983-cü il təvəllüdlü Kərimov Daşqın Davud oğlu və 1984-cü il təvəllüdlü Kərimov Vüqar Əli oğlu isə müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralılar Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!