Bakı-Qazax yolunda avtoxuliqanlıq edən sürücü həbs olundu

saytların hazırlanması

Evə çatdırılma

Bakı-Qazax yolunda avtoxuliqanlıq edən sürücü həbs olundu

Hadisə

27 Yanvar 2025 23:27 183


Magistral yolda avtoxuliqanlıq edən sürücü həbs olunub.

Yenisabah.az xəbər verir ki, bu barədə "Report"a DİN-in Mətbuat xidmətindən bildirilib.

Goranboy rayon sakini Qasımov Yusif Elşad oğlu idarə etdiyi 57-AC-845 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Bakı-Qazax yolunda hərəkətdə olarkən yol hərəkəti qaydalarını kobud şəkildə pozduğu üçün DYP əməkdaşları tərəfindən ona "Saxla" işarəsi verilib, lakin sonuncu polisin qanuni tələbinə tabe olmayaraq qanunsuz hərəkətini davam etdirib. Dördpendirli pizza

Görülən tədbirlər nəticəsində Y.Qasımovun idarə etdiyi nəqliyyat vasitəsi saxlanılaraq müvafiq sənədləşmə aparılıb, toplanmış materiallar baxılması üçün Şəmkir rayon məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə Y.Qasımov nəqliyyat vasitələrini idarə etmə hüququ 1 il müddətində məhdudlaşdırılmaqla 25 gün müddətində inzibati qaydada həbs edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!