Bakı-Qazax yolunda TIR aşdı, yol bağlandı - Fotolar

Bakı-Qazax yolunda TIR aşdı, yol bağlandı - Fotolar

Hadisə Veb saytların hazırlanması

27 Noyabr 2023 18:11 770


Bakı-Qazax magistralında TIR aşıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralının 157-ci kilometrliyində, Hacıqabul rayonunun Padar kəndi ərazisində qeydə alınıb.

Ağdaş sakini, 1993-cü il təvəllüdlü Cümşüd Yusifli çoxtonnajlı “Volvo” markalı, 77-BE-566 dövlət nömrə nişanlı TIR-ın idarəetməsini itirib və avtomobil aşıb. Avtomobilin yanacaq çəni deşilib. Yanacaq yola axıb. Hadisə yerinə yanğın təhlükəsinin qarşısını almaq üçün Kürdəmir Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Magistral yol müvəqqəti bağlanıb.

Qəza zamanı yaranmış dağıntılar yoldan götürülüb, fəsadlar aradan qaldırılıb. Yolda hərəkət bərpa olunub.

Faktla bağlı araşdırma aparılır.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!