Bakı-Qazax yolunda zəncirvari qəza: Xəsarət alanlar var

saytların hazırlanması

Evə çatdırılma

Bakı-Qazax yolunda zəncirvari qəza: Xəsarət alanlar var

Hadisə

25 Noyabr 2024 20:59 858


Bakı-Qazax yolunda zəncirvari qəza olub, xəsarət alanlar var.

"Report" xəbər verir ki, hadisə Bakı-Qazax yolunun Hacıqabul rayonunun Padar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Gəncə istiqamətində hərəkətdə olan "Mercedes-Benz" markalı mikroavtobus, "Toyota", "Fiat" və "Opel" markalı minik avtomobilləri toqquşub. pizza sifarişi

Hadisə nəticəsində avtomobillərdə olan 5 nəfər müxtəlif dərəcəli ağır bədən xəsarətləri alaraq Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.

Xəsarət alanlar 43 yaşlı Fərqanə Lətif qızı Bayramova, 34 yaşlı Türkanə Səfi qızı Qurbanova, 36 yaşlı Ramilə Əli qızı Daşdəmirova, 68 yaşlı Arif Lətif oğlu Rüstəmov və 54 yaşlı Qərənfil Lətif qızı Məmmədovadır.

Hazırda faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!