Bakı sakini anasını və xalasını bıçaqlayıb

saytların hazırlanması

Evə çatdırılma

Bakı sakini anasını və xalasını bıçaqlayıb

Kriminal

27 Sentyabr 2021 08:14 658


Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Maştağa qəsəbəsində qeydə alınıb.

Belə ki, 1972-ci il təvəllüdlü Mirzəyeva Zöhrə Şirxan qızı oğlu Orxan Mirzəyevlə mübahisə edib. Mübahisə zamanı O.Mirzəyev anasına bıçaqla bir neçə zərbə vuraraq ağır xəsarətlər yetirib. Hadisəni törədən şəxsin xalası 1977-ci il təvəllüdlü Şirinova Zöhrə Şirxan qızı tərəfləri ayırmaq istəyərkən o da bıçaqlanıb. Ağır xəsarət alan qadınlar xəstəxanaya çatdırılıb. Həkimlərin verdiyi məlumata görə, Z.Mirzəyevanın vəziyyəti ağırdır. pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!