Bakı sakini evinin həyətində narkotik əkib   - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Bakı sakini evinin həyətində narkotik əkib - Fotolar

Hadisə

17 Mart 2021 17:27 822


Bakının Xəzər rayonunda narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb.

DİN mətbuat xidmətindən Yenisabah.az-a Lent.az-a verilən xəbərə görə, daxil olmuş məlumat əsasında keçirilən əməliyyat zamanı narkotik vasitələrin əkilib-becərilməsi ilə məşğul olmaqda şübhəli bilinən vətəndaş Rasim Ağayev Türkan qəsəbəsi ərazisində saxlanılıb. Onun yaşadığı evin həyətinə baxış zamanı 66 ədəd ümumi çəkisi 5 kiloqram 490 qram əkilib-becərilməsi qadağan edilən çətənə kolu aşkar edilib.

Saxlanılan şəxs narkotik tərkibli bitkiləri bu ilin yanvar ayında əkdiyini və aqrotexniki qaydada xüsusi qulluq edərək yetişdirdiyini bildirib. Rasim Ağayev çətənə kollarını həm şəxsi istifadəsi, həm də satmaq məqsədi ilə əkdiyini qeyd edib. pizza

Faktla bağlı saxlanılan şəxs barəsində Xəzər rayon Polis İdarəsinin İstintaq Şöbəsində zəruri istintaq tədbirləri davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!