Bakı sakini smartfona görə anasını öldürdü

saytların hazırlanması

Evə çatdırılma

Bakı sakini smartfona görə anasını öldürdü

Kriminal

20 Fevral 2019 20:30 919


Bakıda bir gənc smartfon üstündə düşən mübahisədən sonra doğma anasını öldürüb.

Məlumata görə, 26 yaşlı Müslümov Eldar Şirəddin oğlu 66 yaşlı Müslümova Nailə Əzim qızını qətlə yetirib. Qətl fevralın 18-də törədilib.

Saxlanılan şəxsin verdiyi ifadəyə görə, ailə-məişət münaqişəsi zamanı o, stulla anasının sinə nayihəsinə zərbə endirib. Qadın zərbənin təsirindən yıxılıb və başı divara dəyib. pizza sifarişi

“Törətdiyi hadisədən dərhal sonra E.Müslümov mənzilin qapısını bağlayaraq, hadisə yerindən qaçıb. Günlərlə evdə olmayıb. Fevralın 19-u, 16:00 radələrində anasının sağ qaldığı ümidi ilə evə geri dönüb, təcili tibbi yardım çağırıb. Ancaq həkimlər onun öldüyünü deyib. Çox keçmədən cinayət yerinə polis gəlib”, - deyə polis rəsmisi bildirib.

İlkin araşdırma nəticəsində müəyyən edilib ki, oğulla ana arasında mübahisə smarfona görə düşüb. E.Müslümov arzuladığı mobil telefonu alması üçün anasından pul istəyib, qarşı tərəf isə razı olmayıb. Qəzəblənmiş oğul anasına əl qaldırıb.

Qeyd edək ki, evdə onlardan başqa heç kim yaşamayıb. Hüquq-mühafizə orqanlarının məlumatına əsasən, cinayətkar epilepsiyadan və psixi pozuntulardan əziyyət çəkir.

Fakt üzrə cinayət işi açılıb, istintaq davam edir.

“Sputnik Azərbaycan” 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!