Bakı sakinləri 7 aya 11 milyard pul xərclədi

saytların hazırlanması

Evə çatdırılma

Bakı sakinləri 7 aya 11 milyard pul xərclədi

İqtisadiyyat

02 Sentyabr 2019 19:54 1487


2019-cu ilin yanvar-iyul aylarında Bakıda ticarət dövriyyəsinin həcmi 2018-ci ilin yanvar-iyul ayları ilə müqayisədə 3,1 faiz artaraq 11 milyard 533,2 milyon manat olub.

“Yeni Sabah” “BAKU.WS”-ya istinadən məlumat verir ki, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,4 faiz artaraq 5 milyard 267,7 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 3,1 faiz artaraq 6 milyard 265,5 milyon manata bərabər olub.

İstehlak məhsullarının 27,9 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 46,1 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 26,0 faizi isə paytaxtın məhsul bazarlarında satılıb. Toyuqlu pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!