Bakı sakinlərindən tibb işçiləri, polislər və xilasedicilərə dəstək nümayişi - Video

saytların hazırlanması

Evə çatdırılma

Bakı sakinlərindən tibb işçiləri, polislər və xilasedicilərə dəstək nümayişi - Video

Sosial

29 Mart 2020 21:19 999


Ötən gecə paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsindəki yaşayış komplekslərinin birinin sakinləri xüsusi karantin rejminin tətbiq edildiyi bu günlərdə gecə-gündüz işləyən tibb işçiləri, polislər və xilasedicilərə dəstək olublar.

Yenisabah.az xəbər verir ki məlumatına görə, dəstək üçün həmin şəhərcikdə yaşayan Həşim Qədirov votsapda ''evdə qal'' adlı qrup yaradaraq bina sakinlərinə axşam hər kəsin eyvana çıxmasını və işıqları yandıraraq şüarlar səsləndirmələrini xahiş edib. Vəd edilən saatda hər kəs üçrəngli Azərbaycan bayraqları ilə eyvana çıxıb, əsl izdiham yaşadıblar. Aksiyasının təşkilatçısı olan Həşim Qədirovun sözlərinə görə, 8 binanın 1780 mənzilindən demək olar ki, hamısı eyvana çıxıb öz dəstəklərini göstəriblər.

Aksiyada iştrak edən sakinlərdən Şamil Şükürov deyir ki, dünyanı bürüyən koronavirusla mübarizədə fəal iştrak edən tibb işçiləri, polislər və xilasedicilərə dəstək olmalarını özlərinə mənəvi borc biliblər. Dominos pizza

Bu işin təşkilatçısı Həşim Qədirov bildirib ki, növbəti günlərdə belə bir aksiyanı gərgin iş rejmində işləyən aptek və ərzaq mağazasının işçiləri üçün də keçirəcəklər.

Xezerxeber.az-ın mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!