Bakı Şəhər Halqası: “Bu il bilet satışında bütün rekordları qırmışıq“

saytların hazırlanması

Evə çatdırılma

Bakı Şəhər Halqası: “Bu il bilet satışında bütün rekordları qırmışıq“

Maraqlı

08 Aprel 2023 12:11 731


"Statistikaya görə, bu il bilet satışında bütün rekordları qırmışıq".

Yenisabah.az Report-a istinadla xəbər verir ki, bunu Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinin mətbuat katibi Turab Teymurov deyib.

Qurum rəsmisinin sözlərinə görə, bu keçiriləcək "Formula 1" üzrə Azərbaycan Qran Prisinin biletləri əvvəlki yarışlardan daha sürətlə satılır: "Tribunaların bir çoxuna biletlər artıq tamamilə tükənib. Qalan tribunalarda isə çox az yer qalıb". pizza sifarişi

"Abşeron" tribunasının B seksiyası, Filarmoniya, Sahil və Bulvar tribunalarına biletlər tam satılıb. Muğam tribunasına isə çox az bilet qalıb. Görünür növbəti günlərdə bu tribuna üçün ayrılmış biletlər də bitəcək", - o bildirib.

T. Teymurov vurğulayıb ki, "Formula 1" yarışı artıq yeddinci ildir ki, Azərbaycanda keçirilir: "Lakin ilk dəfədir ki, bu cür nailiyyətlər əldə etmişik. Bakıdakı yarışa ən çox bilet Niderland və Böyük Britaniyadan alınıb".

Qeyd edək ki, Azərbaycan Qran Prisi 28-30 apreldə keçiriləcək. Paytaxtda əsas turnirlə yanaşı, mövsümün ilk sprint yarışı da təşkil olunacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!