Bakı sərt karantin qərarından sonra - Foto

saytların hazırlanması

Evə çatdırılma

Bakı sərt karantin qərarından sonra - Foto

Sosial

03 Aprel 2020 09:27 2486


Ötən gün Nazirlər Kabineti Koronavirusla bağlı olaraq yalnız müəyyən kateqoriya insanların öz yaşayış yerlərini tərk edə bilməsi haqda qərar verdi. Digər kateqoriyadan olan bütün vətəndaşlar isə yalnız icazə ilə, hən gün yalnız 2 saatlıq yaşayış yerini tərk edə bilər.

“Yeni Sabah” xəbər verir ki, bu sərt qaydaların qəbul olunmasından sonra da küçələrdə insanların bir yerə toplaşması halları baş verməkdədir. Jurnalist Əzizə İsmayılova bununla bağlı fotofaktlar çəkərək sosial şəbəkədə paylaşıb və yazıb: “Səhər o başdandır. Çoxu hələ gözünü açmayıb. Bir tərəf 14 saylı marşrutun dayanacağında avtobus yolu gözləyir, o biri tərəf də 100 manat cərimə olunmamaq üçün olmayacağını bilə-bilə, Şamaxinkada maska yolu gözləyir. Vicdanları rahat olsun deyə.

Göründüyü kimi, insanların bir yerə toplaşmaması üçün Qərargahın tələblərinə əməl etmək üçün hər cür imkan yaradılıb aidiyyatı qurumlar tərəfindən.. Dördpendirli pizza

Cərimələyin cənablar, cərimələyin. Təmin etmədən cərimələyin. Qoy millət daha yaxşı əziyyət çəksin, əsəbləri daha çox tarıma çəkilsin . Nə olur olsun. Yetər ki, siz cərimələyin”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!