“Bakı Sığorta”nın sədri işdən çıxdı

saytların hazırlanması

Evə çatdırılma

“Bakı Sığorta”nın sədri işdən çıxdı

İqtisadiyyat

03 İyun 2024 16:42 785


"Bakı Sığorta" ASC-nin İdarə Heyətinin (İH) sədri Ramin Məmmədov işdən çıxıb.

Yenisabah.az xəbər verir ki, onun yerinə hələ ki təyinat olmayıb.

R.Məmmədov "Bakı Sığorta"da 2012-ci ildən çalışıb, şirkətin Maliyyə departamentinin direktoru, İH-nin üzvü, 2013-cü ildən sədr müavini, 2016-cı ilin may ayından sədri olub. pizza mizza

Xatırladaq ki, “Bakı Sığorta” 1994-cü ildə "Tural Sığorta" adı ilə yaradılıb, 2007-ci ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 8,925 milyon manatdır. Şirkətin səhmdarları "Bank Respublika" ASC (79,42 %), Murad Rəhimov (6,97 %), Behbud Nəcəfov (6,93 %) və “Ekolizinq” MMC-dir (6,68 %).


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!