Bakı-Sumqayıt qatarında yenə problem yarandı

saytların hazırlanması

Evə çatdırılma

Bakı-Sumqayıt qatarında yenə problem yarandı

Hadisə

07 Noyabr 2024 08:18 941


Bu gün səhər saatlarından etibarən Bakıdan Sumqayıta və eləcə də Sumqayıtdan Bakıya hərəkət etməli olan qatarların hərəkətində gecikmə müşahidə olunur.

Bu barədə “Yeni Sabah”a sərnişinlər məlumat verib. Qeyd olunub ki, gecikmənin texniki səbəbdən olduğu deyilib.

"Sumqayıtdan Bakıya gələn ADY-yə məxsus qatarların hərəkəti dayandırılıb. Saat 07:35 qatarı yoxdur. Nə birbaşa gələn, nə də ekspress qatar var. Stansiyada sıxlıq yaranıb", - deyə sərnişin bildirib. pizza mizza

Oxu.Az-ın əldə etdiyi məlumata görə, qatarların gecikməsinə səbəb Sabunçu stansiyası ərazisindəki kontakt şəbəkədə yaranan texniki problem olub. Hazırda problemin aradan qaldırılması üçün işlər görülür.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!