Nazirlər Kabineti Yanında Operativ Qərargahın qərarına əsasən, ölkəmizdə xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən məhdudiyyətlərin bir qisminin mayın 18-dən etibarən yumşaldılması ilə əlaqədar sərnişinlərin sayının artması müşahidə olunur.
Azərbaycan Dəmir Yolları QSC-dən Yenisabah.az-a verilən məlumata görə Abşeron dairəvi dəmir yolu xətti üzrə hərəkət edən qatarlara tələbatı nəzərə alaraq, mayın 20-dən xəttə əlavə qatar buraxılıb:
"Bununla əlaqədar Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəlində dəyişiklik edilib". Dördpendirli pizza
Telegram kanalımız