Bakı-Sumqayıt yolunun kənarında top mərmisi aşkarlandı - Foto

saytların hazırlanması

Evə çatdırılma

Bakı-Sumqayıt yolunun kənarında top mərmisi aşkarlandı - Foto

Hadisə

29 Yanvar 2020 14:55 1441


Yanvarın 29-da saat 14:58-də Daxili İşlər Nazirliyinin 102 - Zəng Mərkəzi Xidmətindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev qəsəbəsində mərmi tapılması barədə məlumat daxil olub.

ANAMA-dan "Yeni Sabah"a bildiriblər ki, məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupunun və Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Ərazidə Bakı-Sumqayıt avtomobil yolunun kənarına baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən əhatəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində boş vəziyyətdə 100 millimetrlik top mərmisi (OF-412) aşkarlanıb. Həmin sursat götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb. Marqarita pizza

Mərminin tapıldığı yerin ətrafında 630 kvadratmetr əraziyə baxış keçirilib, heç bir təhlükəli əşya və qurğu aşkarlanmayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!