Bakı, Tbilisi, İrəvan - Hansı bahalı şəhərdir?

saytların hazırlanması

Evə çatdırılma

Bakı, Tbilisi, İrəvan - Hansı bahalı şəhərdir?

Sosial

02 Sentyabr 2025 10:40 313


2025-ci ilin birinci yarısı üçün yaşayış minimumuna görə şəhərlərin reytinqində İrəvan 257-ci yerdə qərarlaşıb.

Yenisabah.az numbeo-ya istinadla xəbər verir ki, digər iki Cənubi Qafqaz paytaxtı - Tbilisi 316-cı, Bakı 340, habelə qonşu ölkələrin baş şəhərləri - İstanbul 258, Moskva 230-cu yerdə qərarlaşıb.

Reytinq nə qədər aşağı olarsa, yaşayış minimumu bir o qədər yüksəkdir. pizza hut

“Yaşayış qiymətləri indeksi” ərzaq, restoranlar, nəqliyyat və kommunal xidmətlər kimi istehlak mallarının nisbi qiymətlərini göstərir. Amma bu indeksə kirayə və ya ipoteka kimi yaşayış xərcləri daxil deyil.

Tbilisinin mərkəzində birotaqlı mənzilin aylıq kirayə haqqı orta hesabla 713 dollar, üçotaqlı mənzilin isə 1376 dollar təşkil edir.

İrəvanda eyni mənzilin orta kirayə haqqı müvafiq olaraq 748 və 1256 dollar, Bakıda isə 478 və 964 dollar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!