Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstan hissəsi bağlandı

saytların hazırlanması

Evə çatdırılma

Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstan hissəsi bağlandı

İqtisadiyyat

16 May 2023 12:20 1948


Bu gündən etibarən Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Gürcüstan hissəsi qeyri-müəyyən müddətə bağlanıb.

Yenisabah.az “APA-Economics”ə istinadla xəbər verir ki, dəmir yolunun Gürcüstan hissəsinin bağlanmasının səbəbi - baş podratçı tərəfindən sahənin tikinti tempinin sürətləndirilməsi və layihənin qısa müddətdə başa çatdırılmasıdır.

Dəmir yolu xəttinin tikintisinə 2008-ci ildə başlanılıb. Dəmir yolu rəsmən istifadəyə verilməsə də, 2017-ci il oktyabrın 30-dan yükdaşımaları sınaq rejimində həyata keçirilir. Gürcüstan ərazisində işlərin təxminən 86%-i yerinə yetirilib. Sezar pizza

Vurğulanır ki, ötən ilin dekabrında Gürcüstanın baş naziri İrakli Qaribaşvili bu il layihəyə əlavə olaraq 100 mln. dollar sərmayə qoyulacağını və onun təntənəli açılışının 2024-cü ildə baş tutacağını bildirmişdi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!