Bakı üçün kritik görüş: “Paşinyanı buna inandırmağa çalışırlar”

saytların hazırlanması

Evə çatdırılma

Bakı üçün kritik görüş: “Paşinyanı buna inandırmağa çalışırlar”

Siyasət

26 Sentyabr 2024 20:15 738


BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində ABŞ-ın Dövlət katibi Antoni Blinkenin iştirakı ilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla və ermənistanlı həmkarı Ararat Mirzoyan arasında görüş olacağı açıqlanıb.  

Bayramov-Mirzoyan görüşündən nələr gözlənilir? Sülh müqaviləsilə bağlı mübahisəli məsələlər burada razılaşdırıla bilərmi?

Globalinfo.az-a danışan politloq Elxan Şahinoğlu deyib ki, ABŞ Dövlət katibi Antoni Blinken sülhün imzalanmasını istəyir: pizza hut

“Ağ Ev rəsmisi üçtərəfli görüşdən nəticə əldə etmək və ABŞ-da keçiriləcək prezident seçkilərinə qədər sazişin imzalanmasını istəyirsə, erməni həmkarını və onun vasitəsilə Ermənistanın Baş nazir Nikol Paşinyanı Konstitusiyada Azərbaycana ərazi iddiasını ehtiva edən bəndin çıxarılmasına inandırmalıdır. Hər iki tərəf sülh sazişinin mətninin 80 faizinin razılaşdırıldığını bildirib. Bakı və İrəvan sazişdə bir-birlərinin ərazi bütövlüklərini tanımağa hazırdılar. Məsafənin böyük hissəsi qət edilib. Paşinyan bircə addım atmaqla məsələnin müsbət həllini sürətləndirə bilər”.

“Dövlət Departamenti Nikol Paşinyana çağırış edib onu Konstitusiyada dəyişikliyə inandıra bilsə, ABŞ-ın Cənubi Qafqazda rolu artacaq. Əks halda bugünkü üçtərəfli görüşün əvvəlkilərdən heç bir fərqi olmayacaq”, – politoloq qeyd edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!