Bakı Ukrayna və Rusiya üçün platforma ola bilərmi?

saytların hazırlanması

Evə çatdırılma

Bakı Ukrayna və Rusiya üçün platforma ola bilərmi?

Siyasət

26 İyul 2025 16:08 454


“Biz hər kəsi qəbul etməyə hazırıq, lakin heç kimi buna məcbur edə bilmərik. Bunun üçün onlar bizə müraciət etməlidir”.

Yenisabah.az “Berliner Zeitung”-a istinadla xəbər verir ki, bunu Prezident Administrasiyasının Xarici Siyasət Məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

O, Bakının Rusiya ilə Ukrayna arasındakı danışıqlar üçün platforma ola biləcəyi ilə bağlı sualı cavablandırıb:  Pepperoni pizza

“Bakı artıq bütövlükdə Xəzər regionunun diplomatik paytaxtıdır. Burada Türkiyə və İsrail arasında danışıqlar baş tutub. Suriya və İsrail arasındakı müzakirələr də Bakıda keçirilib. Rusiya və ABŞ da raket əleyhinə müdafiə məsələsi ilə bağlı strateji danışıqlarını Bakıda aparıblar. Son vaxtlarda Bakıda digər diplomatik tədbirlər keçirilib.

Biz hər kəsi qəbul etməyə hazırıq, lakin heç kimi buna məcbur edə bilmərik. Bunun üçün onlar bizə müraciət etməlidir”, - deyə Azərbaycan Prezidentinin köməkçisi bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!