Bakı Dəmir Yolu Vağzalında “SLEEP BOX”, yəni “Yuxu Qutusu” xidməti sərnişinlərin ixtiyarına verilib.
"Yeni Sabah" bildirir ki, "SLEEP BOX"lar vağzalda qatar gözləməli olan sərnişinlər üçün nəzərdə tutulub.
Bir nəfərlik "Yuxu qutu"larında qonaqlar 1 saatdan 3 saatadək dincələ bilərlər. Dördpendirli pizza
Qiymətlər isə 1 saat üçün 13 manat, 2 və ya 3 saat dincəlmək üçün isə 30 manat müəyyən olunub.
Qeyd edək ki, "Yuxu qutu"ları sosial şəbəkədə xeyli müzakirəyə səbəb olub. İnsanlar vağzalın yaxınlığındakı hostellərdə 1 gecə qonaqlamağın daha ucuz başa gəldiyini yazıblar.



Telegram kanalımız