Bakı və Abşeronun bu ərazilərində su yoxdur - SİYAHI

saytların hazırlanması

Evə çatdırılma

Bakı və Abşeronun bu ərazilərində su yoxdur - SİYAHI

Sosial

17 İyun 2025 00:27 46869


Oğuz-Qəbələ-Bakı su kəmərinin 228-ci kilometrində yaranmış qəza səbəbindən Bakı şəhəri və Abşeron yarımadasının bəzi ərazilərində su təchizatında müvəqqəti fasilə yaranacaq.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, Nəsimi rayonunda Mir Cəlal, 20 Yanvar, Cavadxan, Cəbiyev, C.Səlimov, H.Seyidzadə, H.B.Əliyev, Ə.İsgəndərov, M.Kazımovski, R.Məmmədov, Moskva prospekti, S.Rəhman, Novruzov qardaşları (Rasim Səfərov), N.Yusifbəyli, Mərdanov qardaşları, M.Cəfərov, M.Sənani, M.Qasımov, M.Əlizadə, C.Məmmədquluzadə, N.Məlikov, 3-cü Alatava, Ə.Salamzadə, Ə.Hüseynov, S.Rüstəm, S.Vurğun, Y.V.Çəmənzəminli, Tbilisi və F.Qasımzadə küçələrində su təchizatında fasilələr yaranıb.

Səbail rayonunda isə Badamdar qəsəbəsində suyun verilməsində problem yaşanır. Dördpendirli pizza

Yasamal rayonunda Şərifzadə, Akim Abbasov, Əsəd Əhmədov, Zərdabi, Tbilisi prospekti, Xiyabani, Xıdır Mustafayev, Xaqan Dadaşov, Vasif Əliyev, Zaur Kərimov, Əhməd Cavad, Yeni Yasamal 1 və 2, Dadaş Bünyadzadə, İ.Qutqaşınlı, Mətbuat prospekti, Rahib Tağıyev və Kamal Rəhimov küçələrində su təchizatında fasilələr yaranıb.

Nərimanov rayonunda Atatürk prospekti və Akademik H.Əliyev küçəsində suyun verilməsində məhdudiyyətlər mövcuddur.

Binəqədi rayonunda Biləcəri qəsəbəsinin 6, 7, 8 və 9-cu mikrorayonları, Rəsulzadə qəsəbəsi, Yeni Massiv, 1 May və Xocahəsən küçələrində su təchizatında fasilələr qeydə alınıb.

Abşeron rayonunda, xüsusən Xırdalan şəhərində suyun verilməsi qrafiklə həyata keçirilir. Suyun verilmə vaxtları səhər 06:00-dan 10:00-a və axşam 18:00-dan 22:00-dəkdir, digər saatlarda isə suyun verilməsi dayandırılır. Bundan əlavə, Qobu qəsəbəsində də su təchizatında fasilələr var.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Ayan
    Xetai rayonu Inqilab Ismayilov kucesinde de su yoxdur.Kohne Guneslide
    11 months ago
  • Sehran
    Binə savxozda su ümumiyyətlə yoxdur. Qəsəbə küçələri asvaltsız.Kanalizasiya yox. Bəzi məhlələrə su çəkilib şəhid küçəsidir deyə. Bizdə də şəhid məhləsidir ama quyu suyu istifadə edirik.xahiş edirəm problemimizi işıqlandırın Cənab Prezidentimiz görsün
    11 months ago