“Bakı və Ankara Ermənistandakı siyasi mühiti idarə edir” – QHT sədri

saytların hazırlanması

Evə çatdırılma

“Bakı və Ankara Ermənistandakı siyasi mühiti idarə edir” – QHT sədri

Rəsmi

23 İyun 2021 14:00 1168


“Ermənistanda keçirilən seçkilər yalnız Bakı və Ankaranı qane edib”.

Yenisabah.az “Armenian News”a istinadla xəbər verir ki, bunu "Beynəlxalq İnkişaf Mərkəzi"nin rəhbəri Tevan Poqosyan bildirib.

Onun fikrincə, gələcəkdə Ermənistana beynəlxalq təzyiqlərin artacağı bir vəziyyət olacaq. “Bizdən hüquqi tənzimləmə nöqteyi-nəzərindən erməniləri Qarabağı müdafiə etmək imkanından məhrum edəcək beynəlxalq müqavilələr imzalamağımız tələb olunacaq. Ermənistan öz hüdudları daxilində kiçilir”. Dördpendirli pizza

Tevan Poqosyanın sözlərinə görə, Ermənistandakı seçkilər Azərbaycanı və Türkiyənin, lazım olduqda, İrəvanda seçkiqabağı proseslərə müdaxilə və təsir göstərə biləcəklərini, mənafelərini qoruyacağlarını inandırıb. “Azərbaycan və Türkiyə indi deyir: “Biz Ermənistanda hər zaman seçkilərdə qalib gələ bilərik və böhranlı bir vəziyyət yaratmağa ehtiyac olarsa, seçkiləri təşkil edib tam olaraq istədiyimiz namizədi hakimiyyətə gətirəcəyik”.

QHT sədri hesab edir ki, Ermənistanda seçkilər böhran şəraitində keçirilməməli idi, çünki yalnız böhranlı nəticələrinə gətirib çıxara bilər. “Əmin olduğum kimi, əsas siyasi oyunçular, razılaşmalı və qarşılıqlı olaraq ölkənin siyasi sahəsini tərk etməli, müvəqqəti böhran əleyhinə hökumətin qurulmasına çalışmalı idilər”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!