Bakı və İrəvan razılaşdı: Paşinyan son tələbi qəbul etdi

saytların hazırlanması

Evə çatdırılma

Bakı və İrəvan razılaşdı: Paşinyan son tələbi qəbul etdi

Siyasət

20 Noyabr 2024 23:33 1415


Ermənistan Baş naziri Nikol Paşinyan əvvəlcə erkən seçkilər, ardınca Konstitusiya dəyişikliyinə dair referenduma getməyə hazırlaşır.

Yenisabah.az xəbər verir ki, bu barədə “Hraparak” yazır.

Erməni nəşri bildirir ki, Bakı və İrəvan sülh müqaviləsinin bütün bəndələri üzrə şifahi razılığa gəlsə də, Azərbaycan Ermənistanda Konstitusiya dəyişikliyi olmadan sənədi imzalamaq istəmir. Bakının əsas tələbi Azərbaycana qarşı ərazi iddiasının yer aldığı Ermənistanın Müstəqillik Bəyannaməsinə istinadın Konstitusiyadan çıxarılmasıdır. pizza mizza

Mənbə Baş nazir Nikol Paşinyanın Prezident İlham Əliyevin bu yöndəki tələbini yerinə yetirməyə hazırlaşdığını vurğulayır:

“Paşinyan anlayır ki, hazırda referendum keçirə və Konstitusiyaya dəyişiklik edə bilməz, ona görə də qarşıdan gələn seçkilərdə qalib gəlmək və bundan sonra Əliyevin tələbini yerinə yetirmək istəyir”./Teleqraf.com


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • E
    .
    1 year ago