"Moskva Bakı və İrəvanın Ukrayna ilə bağlı balanslaşdırılmış mövqeyini qeydə alır, hətta görünməmiş xarici təzyiq və anti-Rusiya kampaniyası şəraitində belə tərəfdaşlar milli maraqlara əsaslanan siyasət qururlar".
Yenisabah.az "RIA Novosti"yə istinadla xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyi MDB ölkələri üzrə dördüncü departamentin direktoru Denis Qonçar bildirib.
"Ukrayna ətrafındakı vəziyyətlə bağlı azərbaycanlı və erməni tərəfdaşlarımızın balanslaşdırılmış mövqeyini və bununla bağlı Qərbin misli görünməmiş anti-Rusiya kampaniyasını qeydə alırıq. Biz Azərbaycan və Ermənistan rəhbərliyinin üzləşdiyi xarici qüvvələrin təzyiqini yaxşı bilirik. Həm Bakıda, həm də İrəvanda xarici siyasət qurarkən ilk növbədə öz milli maraqlarını rəhbər tutmanı yüksək qiymətləndiririk”, - deyə diplomat vurğulayıb. pizza sifarişi
Telegram kanalımız