Bakı və Tbilisi münasibətlərində nə dəyişəcək? -   “Bu, yuxuda belə mümkün deyil”

saytların hazırlanması

Evə çatdırılma

Bakı və Tbilisi münasibətlərində nə dəyişəcək? - “Bu, yuxuda belə mümkün deyil”

Siyasət

29 Oktyabr 2024 10:01 1260


26 oktyabrda Gürcüstanda baş tutan parlament seçkilərinin nəticələri məlum olub. Hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyası 54.23 faiz səslə seçkidə qələbə qazanıb. Lakin baş tutan səsvermənin nəticələrini bir sıra qərb dövlətləri, o cümlədən, İtaliya, Kanada və Almaniya kimi ölkələr tanımayıb.

Gürcüstan əhalisi isə seçkilərin nəticələrinə kəskin etiraz edərək, genişmiqyaslı mitinqlər keçirir.

Bəs görəsən, şimal-qərb qonşularımızı hansı siyasi aqibət gözləyir? pizza hut

Mövzu ilə bağlı Yenisabah.az-a danışan politoloq Zərdüşt Əlizadə bildirib ki, bu seçkilərin nəticəsi Bakı ilə Tbilisinin münasibətlərinə heç bir təsir göstərməyəcək:

“Azərbaycanla Gürcüstan arasındakı münasibətlər hər iki dövlətin siyasi maraqlarına tam cavab verəcək səviyyədədir. Ona görə də Gürcüstanda kimin hakimiyyətdə olmasından asılı olmayaraq, Bakı və Tbilisi arasında sıx əməkdaşlıq davam edəcək. Ən azından, hər iki Qafqaz dövləti buna məcburdur. Bu baxımdan, siyasi əlaqələr məsələsində heç bir təhlükə yoxdur. Gürcüstanın gələcək taleyinə gəldikdə isə bu artıq məlumdur. Faktiki olaraq, Rusiya onun 20 faizini işğal edib və qanunsuz olaraq Abxaziya və Osetiyanın müstəqilliyini tanıyıb. Hazırda Gürcüstanla Rusiya arasında diplomatik münasibətlər yoxdur. Gürcülərin öz ərazilərini işğaldan azad etmək ehtimal sıfıra yaxındır. Nə qədər ki, Rusiyada indiki hakimiyyət qalır, bu praktika demək olar ki, mümkünsüzdür”.

Politoloq Gürcüstanın ərazi bütövlüyünün təmin olunmasının yaxın gələcəkdə qeyri-mümkün olduğunu diqqətə çatdırıb:

“İndiyə kimi Gürcüstan qərbyönümlü siyasət yürüdürdü və bunu öz konstitusiyasına salmışdı. Bu çox ağılsız qərar idi. Çünki ölkənin hər hansı bir siyasi istiqamətlə əməkdaşlığını konstitusiyaya salmaq çox mənasız şeydir. Buna görə də ruslar gürcülərin başına böyük oyunlar gətirdi. O ki qaldı Abxaziya və Osetiyanın Tbilisinin yurisdiksiyasına qayıtmasına, bu, yuxuda belə mümkün deyil. Moskva heç vaxt bu 2 separatçı subyekti gürcülərə güzəştə getməz. Çünki ruslar faktiki olaraq, onların müstəqilliyini tanıyıb. Nə “Gürcü Arzusu”nun, nə də hansısa siyasi partiyanın elə bir siyasi gücü yoxdur. Gürcüstanın, Abxaziyanın və Cənubi Osetiyanın bir konferderasiya altında birləşməsi üçün isə ilk öncə Tbilisi bu əraziləri müstəqil dövlət kimi tanımalıdır. Hansısa gürcü lider belə bir təşəbbüslə çıxış etsə, onu ən yaxşı ehtimalla parça-parça edərlər”.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!