Bakı “yuyuldu”   - FOTOLAR

saytların hazırlanması

Evə çatdırılma

Bakı “yuyuldu” - FOTOLAR

Sosial

14 Mart 2026 18:39 436


Novruz bayramı ərəfəsində Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən şəhərin sanitar təmizlik səviyyəsinin daha da yüksəldilməsi və mövcud yaşıllıqlara qulluq göstərilməsi məqsədi ilə "Novruz bayramını təmiz şəhərlə qarşılayaq" devizi ilə təmizliklə bağlı bu gün genişmiqyaslı ümumçəhər iməciliyi keçirilib.

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətindən "Yeni Sabah"a verilən məlumata görə, səhər saatlarından etibarən icra hakimiyyətinin kommunal təsərrüfat xidmətlərinin texnikası tərəfindən şəhərin 537 əsas küçə və prospektlərin yuyucu maddələrlə yuyulması təmin edilib, eyni zamanda genişmiqyaslı təmizlik və abadlıq işləri həyata keçirilib.

Bakı Şəhər İcra Hakimiyyətinin çağırışına səs verən müəssisə, idarə və təşkilatların kollektivləri, fərdi sahibkarlar və özəl sektor nümayəndələri, şəhər sakinləri də icra qurumlarının əməkdaşları ilə birlikdə iməcilikdə yaxından iştirak ediblər. Marqarita pizza

Paytaxtın bütün rayonlarını əhatə edən iməcilik Bakı şəhərinin daha da gözəlləşdirilməsinə, Novruz Bayramını təmiz şəhərdə, xoş əhval-ruhiyyə ilə qarşılanmasına töhfədir.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!