Bakıda 1 kvadratı 25 minə torpaq satılır - Video

saytların hazırlanması

Evə çatdırılma

Bakıda 1 kvadratı 25 minə torpaq satılır - Video

Sosial

12 Yanvar 2020 18:44 1510


Paytaxtın bəzi küçələrində torpaq sahələri kvadratmetrlə satılır. Bu zərurətin yaranmasının bir səbəbi son zamanlar tikintiyə nəzarət tədbirlərinin gücləndirilməsidirsə,digər səbəbi boş sahələrin sürətlə azalmasıdı. Torpaq sahələrinin ölçüləri az olduğundan yaşayış kompleksi üçün olan normalara cavab vermir. Tələblərə əsasən yaşayış binalarında vətəndaş üçün parkinq, istirahət zonası,uşaqlar üçün əyləncə yerləri təşkil edilməlidi. Bu tələblər qarşılanmadığından xüsusiilə də mərkəzi ərazilərdə kiçik torpaq sahələrindən kommersiya xarakterli iaşə obyektləri üçün istifadə edilir.

"Yeni Sabah" xəbər verir ki, Bakının bəzi ərazilərində artıq torpaqlar sotla deyil, kvadratmetrlə satılır.

Son bir neçə aydır ki,təlabatın artması ,o cümlədən bakının memarlıq üslubunqorunması üçün qoyulan tələblər torpaq bazarına da təsirsiz ötüşməyib.Bəzi ərazilərdə 4-5 kvadrat metrlik boş sahəyə təklifedilən pullaasanlıqla1 mənzil almaqmümkündür. Marqarita pizza

Əmlak məsələləri üzrə ekspertlər bildirir ki,kiçik torpaq sahələrində tikilən qarajsız və vətəndaşların rahatlığını təmin etməyən binaların tikintisinə artıq icazə verilmir. Nəzarət tədbirlərinin gücləndirilməsində əsas məqsədvətəndaşın rahatlığını təmin etməkdir.Bununla da boş ərazilərdə daha çox kiçik kommersiya obyektlərinin inşası həyata keçirilir.

Ekspertin sözlərinə görə,son illərin tendensiyası onu göstərir ki,artıq mərkəzi ərazilərdə yaşayış obyektləri yerinə iaşə obyektlərinə sərmayə qoyuluşuna maraq artmaqdadır. (Xezerxeber.az)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!