Bakıda 11 maşın toqquşdu,   xəsarət alanlar var

saytların hazırlanması

Evə çatdırılma

Bakıda 11 maşın toqquşdu, xəsarət alanlar var

Hadisə

22 Yanvar 2021 01:41 970


Bakının Xəzər rayonunda yolun buz bağlaması yol qəzasına səbəb olub.

Yenisabah.az xəbər verir ki, hadisə Mərdəkan qəsəbəsindən şəhərin mərkəzi istiqamətində olan körpünün üzərində baş verib.

Əvvəlcə yolun buz bağlaması "VAZ 2107" markalı avtomobil sürücüsünün sükana nəzarətini itirməsinə səbəb olub. Avtomobil arakəsməyə çırpılaraq iki yerə bölünüb. Daha sonra yolun sürüşkən olması 10 avtomobilin toqquşması ilə nəticələnib. Qeydə alınan qəza zamanı ümumilikdə 8 nəfər xəsarət alıb. Toyuqlu pizza

Əraziyə-hüquq mühafizə orqanı əməkdaşları cəlb edilib. Hazırda körpünün üzərində hərəkət məhdudlaşdırılıb. AAYDA-nın xüsusi texnikası vasitəsilə yola qum və duz səpilir.  /APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!