Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yaşayan 12 yaşlı Abbaszadə Fidan Elşən qızı itkin düşüb.
Yenisabah.az xəbər verir ki, bu barədə "Qafqazinfo"ya Fidanın ailə üzvləri məlumat verib.
Məlumata görə, azyaşlı qız avqustun 16-da evdən çıxıb, bir daha geri qayıtmayıb. İtkin düşən qız sonuncu dəfə Nizami rayonu ərazisində ticarət obyektlərindən birinin təhlükəsizlik kamerasına tuş gəlib. Evdən çıxarkən onun əynində ağ şalvar, qırmızı kofta olub. pizza mizza
Onu görənlərdən 070-365-45-74 nömrəsi ilə əlaqə saxlamaları xahiş olunur.


Telegram kanalımız