Bakıda 120 manata görə kişini qanına qəltan etdilər

saytların hazırlanması

Evə çatdırılma

Bakıda 120 manata görə kişini qanına qəltan etdilər

Kriminal

25 Dekabr 2021 11:52 1020


Bakı sakini birgə yaşadığı qadın və quldur dəstəsi tərəfindən bıçaqlanaraq qarət edilib. 

Daxili İşlər Nazirliyindən Yenisabah.az-a verilən məlumata görə, Xətai RPİ-nin 37-ci Polis Şöbəsinə dekabrın 21-də Bakı şəhər sakini C.Əliyevin tanışı, Sabirabad rayon sakini S.Şahbazova ilə birlikdə yaşadığı mənzildə olarkən açıq qalmış qapıdan girən 2 nəfərin onun qol və ayaq nahiyəsinə bıçaq və dəmir parçası ilə xəsarət yetirərək 120 manat pulunu və mobil telefonunu götürüb həmin qadınla birgə getmələri barədə məlumat daxil olub.

Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Əməliyyat-axtarış tədbirləri ilə quldurluq əməlini törətməkdə şübhəli bilinən S.Şahbazova və Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Əliyev saxlanılıb, digər bir nəfərin isə şəxsiyyəti müəyyən edilib. Marqarita pizza

Faktla əlaqədar Cinayət Məcəlləsinin 181-ci maddəsi (quldurluq) ilə cinayət işi başlanıb.

Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!