Bakıda 16 mərtəbəli binada yanğın başladı

saytların hazırlanması

Evə çatdırılma

Bakıda 16 mərtəbəli binada yanğın başladı

Hadisə

20 Sentyabr 2024 23:58 785


Bakının Nərimanov rayonunda binada yanğın olub.

Yenisabah.az APA-ya istinadən xəbər verir ki, yanğın Həsənoğlu küçəsində yerləşən on altı mərtəbəli binanın qarajında baş verib.

Məlumatla əlaqədar Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin texnika və qüvvələri əraziyə cəlb olunub. pizza sifarişi

Yanğınla əlaqədar bina sakinləri təxliyə ediliblər.

Məlumata görə, qarajda "Mercedes-Benz" markalı minik avtomobili yanıb.

Hazırda yanğının söndürülməsi istiqamətində iş aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!