Bakıda 16 yaşlı oğlan tanışını bıçaqlayaraq öldürdü

saytların hazırlanması

Evə çatdırılma

Bakıda 16 yaşlı oğlan tanışını bıçaqlayaraq öldürdü

Kriminal

13 İyul 2021 10:28 703


İyulun 12-də paytaxtın Binəqədi rayon sakini 1990-cı il təvəllüdlü Elnar Qədimovun qəsdən öldürülməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə rayon prokurorluğunda cinayət işi başlanıb.

Binəqədi rayon prokurorluğundan Yenisabah.az-a verilən məlumata görə, istintaqla zərərçəkmişin tanışı 2005-ci il təvəllüdlü Bəhruz Mehrəliyevin aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək Elnar Qədimovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyənləşib.

Bəhruz Mehrəliyev şübhəli şəxs qismində istintaqa cəlb edilib. pizza

Rəsmi məlumata görə, hazırda iş üzrə istintaq davam edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!