Bakıda 18 mərtəbəli binada yanğın oldu

saytların hazırlanması

Evə çatdırılma

Bakıda 18 mərtəbəli binada yanğın oldu

Hadisə

05 Dekabr 2020 18:23 1073


Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonunda 18 mərtəbəli yaşayış binasında yanğın olması barədə məlumat daxil olub.

Nazirliyin mətbuat xidmətindən Yenisabah.az-a verilən məlumatına görə, nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri yanğının baş verdiyi əraziyə cəlb olunub.

İlkin məlumata əsasən, binanın şaxtasında elektrik naqilləri yanıb. Dördpendirli pizza

Hazırda yanğınsöndürmə işləri və digər təxirəsalınmaz xilasetmə tədbirləri həyata keçirilib.

Yanğın məhdudlaşdırılıb, yanğının yayılma təhlükəsi yoxdur.

Əlavə məlumat veriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!