Bakının Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində 2 nəfərin itkin düşməsi ilə bağlı polisə müraciət daxil olub.
Yenisabah.az Qafqazinfo-ya istinadla xəbər verir ki, qəsəbə sakini İ.Həsənova onunla birgə yaşayan qardaşı qızı, 16 yaşlı A.nın evdən çıxaraq getdiyini və geri qayıtmadığını bildirib.
Bundan başqa, Rəsulzadə qəsəbə sakini olan T.Bəkirov 9 yaşlı oğlunun dekabrın 25-də axşam saat 22 radələrindən itkin düşməsi barədə məlumat verib. Pepperoni pizza
Hər iki müraciətlə bağlı axtarış tədbirləri həyata keçirilir.
Telegram kanalımız