Bakıda 2 yaşlı körpə milçək dərmanı içdi   - Vəziyyəti ağırdır

saytların hazırlanması

Evə çatdırılma

Bakıda 2 yaşlı körpə milçək dərmanı içdi - Vəziyyəti ağırdır

Hadisə

29 İyul 2021 16:33 1492


Yay aylarında istifadə edilən ağcaqanad, milçək dərmanları uşaqlar üçün təhlükə mənbəyinə çevrilir. Müxtəlif qablarda olan bu kimyəvi vasitələri uşaqlar ələ keçirərək, şirin içki bilib içir.

Yenisabah.az xəbər verir ki, dünən 2 yaşlı körpə bu səbəbdən zəhərlənib.

Belə ki, Qaradağ rayonu Qobustan qəsəbəsində 2019-cu il təvəllüdlü Şirinxanım Cəbrayılova evdə ehtiyatsızlıqdan milçək dərmanı içib. pizza sifarişi

Ağır vəziyyətdə Toksikologiya şöbəsinə çatdırılan körpənin həyatını son anda xilas etmək mümkün olub.

Valideynlər müxtəlif toksiki maddələri uşaqların əli çatan yerlərə qoymamalı, bu vasitələrin uşaqların əlinə keçməməsinə nəzarət etməlidir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!