Bakıda 29 yaşlı oğlan tanışını döyə-döyə öldürdü

saytların hazırlanması

Evə çatdırılma

Bakıda 29 yaşlı oğlan tanışını döyə-döyə öldürdü

Kriminal

25 Yanvar 2022 12:16 821


Yanvarın 19-u saat 22 radələrində Sabunçu rayonu ərazisində 1979-cu il təvəllüdlü Ramil Atakişiyevin almış olduğu xəsarətlər nəticəsində yanvarın 24-ü xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Sabunçu Rayon prokurorluğundan Yenisabah.az-a verilən məlumatda bildirilib.

Aparılmış araşdırmalarla müəyyən edilib ki, 1993-cü il təvəllüdlü Əbülfərz Məhərrəmovun şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı Ramil Atakişiyevi döyərək xəsarətlər yetirib. Nəticədə  o, almış olduğu xəsarətlərdən xəstəxanada ölüb. Sezar pizza

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Əbülfərz Məhərrəmov təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Rəsmi məlumata görə, hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!