Bakıda 3 uşaq anasının amansız qətli ilə bağlı açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Bakıda 3 uşaq anasının amansız qətli ilə bağlı açıqlama

Kriminal

08 İyun 2019 19:49 1439


“Bakının Bayıl qəsəbəsində Kəmalə Mikayılovanın sevgilisi tərəfindən öldürülməsi xəbəri yalandır”.

“Yeni Sabah” xəbər verir ki, bunu Milli.Az-la əlaqə saxlayan mərhumənin bacısı oğlu Emin Məmmədov bildirib. O, iddia edir ki, xalası ərinin ədavətdə olduğu şəxs tərəfindən öldürülüb. “Ərinin Rusiyada bir nəfərlə düşmənçiliyi olub. O da qisasını bu formada alıb. Xalam əri Rusiyadan gələn gün evdə hazırlıq görüb. Aşağıya düşüb ki, dükandan alış-veriş eləsin. Həyətdə həmin o adam tərəfindən təqib edilib və bıçaqlanıb. Qatil onu uzun müddət imiş ki, güdürmüş. Xalama 10 bıçaq zərbəsi vurub. Yəni sevgilisinin olması barədə deyilənlər absurddur”.

Qeyd edək ki, Kəmalə Mikayılovanı qətlə yetirən Fərhad Abuşovu media sevgilisi kimi təqdim edib və aralarında yaranmış mübahisə nəticəsində qətl hadisəsinin baş verdiyini iddia edib. Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!