Bakıda 30-a yaxın evdən oğurluq edən şəxs saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Bakıda 30-a yaxın evdən oğurluq edən şəxs saxlanıldı

Kriminal

11 Avqust 2020 14:59 702


Bakı şəhər Baş Polis İdarəsi Cinayət Axtarış İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Nərimanov rayonu ərazisindəki mənzillərdən birindən 1 535 manat dəyərində qızıl-zinət əşyaları, noutbuk və qol saatı oğurlamaqda şübhəli bilinən Ucar rayon sakini Samir İsmayılov saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Yenisabah.az-a verilən məlumata görə, polis idarəsində ifadə verən zaman o, paytaxtda 30-a yaxın məznildən oğurluq etdiyini etiraf edib.

Qeyd edək ki, Samir İsmayılovun oğurluq etmə anı mənzillərin bəzilərinin  dəhlizlərdə quraşdırılan təhlükəsizlik kameraları vasitəsi ilə lentə alınıb. Toyuqlu pizza

Saxlanılan şəxs oğurluq zamanı əldə etdiyi qızl-zinət əşyalarının bir qismini Sumqayıt şəhərində dəyər dəyməzinə satıb.

Qeyd olunan faktlarla bağlı şəxslər barəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. Onun əməllərindən zərərçəkən başqa şəxslər varsa Bakı şəhər Baş Polis İdarəsi və ya DİN-in “102” Zəng Mərkəzinə müraciət edə bilərlər. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!