Bakıda 4 nəfəri gürzə ilanı çalıb

saytların hazırlanması

Evə çatdırılma

Bakıda 4 nəfəri gürzə ilanı çalıb

Hadisə

15 İyun 2021 14:00 2981


İyunun ilk 10 günlüyündə 22 nəfər müxtəlif zəhərlənmə səbəblərilə Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinə müraciət edib.

Yenisabah.az xəbər verir ki, bu barədə Modern.az-a məlumat verən baş toksikoloq Azər Maqsudov deyib ki, onlardan 4 nəfəri gürzə ilanın zəhərlənməsilə daxil olub:

“1-i uşaq, digər 3 nəfəri böyüklər olub. Ölüm hadisəsi qeydə alınmayıb. Ümumilikdə 7 nəfər dərmandan zəhərlənmə diaqnozu ilə müraciət edib. Onlardan da ikisi azyaşlı olub, ölən olmayıb. Dördpendirli pizza

2 qadın sirkə turşusu ilə zəhərlənib. Onlardan biri hələ də xəstəxanada müalicə alır, vəziyyəti ağırdır. 9 nəfər allergik reaksiya ilə daxil olub. 4 nəfəri məsləhət alıb, 5 nəfər isə klinikaya yerləşdirilib”.

Toksikoloq deyib ki, COVID-19 əleyhinə peyvənd olunanlardan da müraciət edənlər var:

“Onlar əsasən allergik reaksiya şikayətilə müracət edirlər. Vəziyyəti ağırlaşan olmayıb, sadəcə məsləhət alıb evə yazılıblar.

Narkotik vasitələrlə zəhərlənənlərə gəlincə, həkim bu tip xəstələrin müəssisəyə yerləşdirilmədiyini qeyd edib:

“Onları adətən təcili yardım gətirir, ambulator şəraitdə məsləhət verilir və evə buraxılırlar. Doza həddinin aşılması ilə bağlı ağır formada bizim xəstəxanaya yerləşdirilənlər yoxdur”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!