“Xəmsə”nin sahibi qardaşına 450 nəfərlə yas etdi -   5 min manat cərimələndi

saytların hazırlanması

Evə çatdırılma

“Xəmsə”nin sahibi qardaşına 450 nəfərlə yas etdi - 5 min manat cərimələndi

Kriminal

17 İyul 2020 17:03 1328


Paytaxtın Nizami rayonunda xüsusi karantin rejim qaydalarına əməl etməyən, sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan yas mərasimi təşkil olunub.  

Bakı şəhər Baş Polis İdarəsindən Yenisabah.az-a verilən məlumata görə, Nizami RPİ və 24-cü Polis Polis Bölməsi əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə iyulun 17-də rayonun Naxçıvanski küçəsində keçirilən 40 mərasiminin təşkilatçıları və iştirakçıları barəsində qanunvericiliyə uyğun tədbir görülüb.  

Onlarla profilaktik və izahedici söhbətlərdə diqqətə çatdırılıb ki, hər bir şəxs tətbiq olunan qaydalara, sosial məsuliyyətdən irəli gələrək özünü, yaxınlarını və digər şəxsləri qorumaq üçün mövcud sanitar-gigiyenik qayda və tələblərə ciddi riayət etməli, başqalarını da buna çağırmalıdır. pizza sifarişi

Qeyd edək ki, iyunun 8-də 450 nəfərin iştirakı ilə “Xəmsə” restoranında təşkil olunun mərhumun 3 mərasiminin qarşısı polis tərəfindən alınaraq, mərasimin təşkilatçısı, mərhumun qardaşı, restoranın sahibi M.Həsənli barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, 5000 manat cərimə olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!