Paytaxtın Nizami rayonunda soyğunçuluq hadisəsi baş verib.
Yenisabah.az DİN-ə istinadla xəbər verir ki, naməlum şəxs Cəlilabad rayon sakininə məxsus mobil telefonunu ələ keçirib.
Soyğunçuluqda şübhəli bilinən əvvəllər oğurluqla əlaqəli cinayətə görə məhkum olunmuş 25 yaşlı E. Hüseynov saxlanılıb. Toyuqlu pizza
Binəqədi və Qaradağ rayonlarında isə ümumi dəyəri 700 manat olan 2 velosiped oğurlanıb. 48 yaşlı Ü.Qəhrəmanov və əvvəllər məhkum olunmuş 36 yaşlı F.Zeynalov müəyyən edilərək saxlanılıblar.
Telegram kanalımız