Bakıda 50 minə yaxın VI sinif şagirdi monitorinqdə iştirak edib

saytların hazırlanması

Evə çatdırılma

Bakıda 50 minə yaxın VI sinif şagirdi monitorinqdə iştirak edib

Sosial

18 May 2025 13:59 244


Mayın 18-də paytaxtdakı ümumi təhsil müəssisələrinin VI sinifləri üzrə monitorinq təşkil olunub.

Bakı Təhsil İdarəsindən “Yeni Sabah”a verilən məlumata görə, VI siniflərdə monitorinq tədris dili, təbiət və riyaziyyat fənləri üzrə aparılıb.

Paytaxtda monitorinq üçün ayrılan 92 imtahan mərkəzində Azərbaycan və rus bölməsi üzrə 50 minə yaxın VI sinif şagirdi biliyini sınayıb. pizza sifarişi

VI sinif şagirdlərinə tədris dili fənni üzrə 25 qapalı sual, təbiət fənni üzrə 25 qapalı, riyaziyyat fənni üzrə isə 20 qapalı və 5 açıq sual təqdim olunub. Sualların cavablandırılması üçün şagirdlərə 180 dəqiqə vaxt verilib.

Monitorinq nəticələri şagirdlərin summativ qiymətləndirmə ballarına, eləcə də onların sinifdən-sinfə keçmələrinə təsir göstərmir.

Qeyd edək ki, 17-18 may 2025-ci il tarixlərində keçirilmiş monitorinqlərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki müəssisələrdə IV və VI siniflər üzrə ümumilikdə 7 200-dən çox şagird kompüter əsaslı monitorinqdə iştirak edib.

Monitorinqin nəticələri şagirdlərin qiymətləndirilməsinə təsir etmir.

Monitorinqin keçirilməsində əsas məqsəd şagird nailiyyətlərinin yaxşılaşdırılmasına nail olmaq, müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığını müəyyən etmək və tədrisin keyfiyyətinin artırılması istiqamətində tədbirlər həyata keçirməkdən ibarətdir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!