Bakıda 71 yaşlı qadın taksi sürücüsü işə başladı

saytların hazırlanması

Evə çatdırılma

Bakıda 71 yaşlı qadın taksi sürücüsü işə başladı

Sosial

31 Oktyabr 2025 09:23 1368


Bu günə qədər taksi sürücüsü olmaq istəyən 169 qadın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) müraciət edərək müvafiq imtahanları uğurla keçib və şəhadətnamə əldə edib.

“Yeni Sabah” Milli.az-a istinadən bildirir ki, hazırda həmin qadın sürücülərdən 111-i taksi sürücüsü kimi fəaliyyət göstərir.

Müraciət edənlərdən 8 nəfəri 20-30 yaşarası, 78 nəfəri 30-50 yaşarası, 25 nəfəri isə 50 yaşdan yuxarı xanımlardır. Taksi fəaliyyəti ilə məşğul olan ən gənc xanım sürücünün 23, ən yaşlısının isə 71 yaşı var. Yaxın zamanda ilk qadın avtobus sürücüləri sükanın arxasına keçəcəklər. İctimai nəqliyyatda qadın sürücülərin iştirakını artırmaq məqsədilə təşkil olunan təlimlərdə xanımlar fəaliyyətə başlamaq üçün nəzəri və praktiki hazırlıqları tamamlayıblar. pizza sifarişi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!