Bakının Binəqədi rayonu, Cəfər Cabbarlı küçəsində yerləşən evlərin birini su basıb.
Yenisabah.az xəbər verir ki, bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Bildirilib ki, sözügedən hal Binəqədi rayonu, Dağlılar məhləsi döngə 2 ev 11 ünvanında qeydə alınıb. pizza hut
Sakinin sözlərinə görə, ərazidə kanalizasiya sistemi yoxdur. Bu səbəbdən də yağış suyu evə dolub:
"Evimiz yararsız hala düşüb. Hər yer su içindədir. Burada xəstəlik tapacağıq. Xahiş edirik ki, aidiyyatı qurumlar bizə kömək etsinlər".
Telegram kanalımız