Bakıda adam öldürən keçmiş məhkumlar tutuldu

saytların hazırlanması

Evə çatdırılma

Bakıda adam öldürən keçmiş məhkumlar tutuldu

Kriminal

24 İyun 2020 13:50 902


İyunun 17-də Yasamal rayonu ərazisindən Bakı şəhər sakini Cəlal Hüseynovun qarın nahiyəsindən kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi və orada ölməsi barədə 27-ci Polis Bölməsinə məlumat daxil olub.

Yenisabah.az Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Faktla bağlı cinayət işi başlanılıb. pizza sifarişi

Keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinənlər, əvvəllər məhkum olunmuşlar - Bakı şəhər sakini R.Hənifəyev və Abşeron rayon sakini R.İsrafilov saxlanılıblar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!