Bakıda ağacı betonlayan şəxs cəzalandırıldı - Foto

saytların hazırlanması

Evə çatdırılma

Bakıda ağacı betonlayan şəxs cəzalandırıldı - Foto

Sosial

23 Sentyabr 2019 15:19 1121


Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Səbail rayonu Badamdar qəsəbəsi İqor Ağayev küçəsi 3 ünvanında ağacın dibinin betonlanması ilə bağlı daxil olan məlumat əsasında sözügedən ünvana baxış keçrilib. 

“Yeni Sabah” xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, əraziyə keçirilən baxış zamanı Eldar şamı ağacının dibinin betonlandığı və budağının kəsildiyi məlum olub.  Sezar pizza

Araşdırma zamanı ağacın dibini betonlayan və budağını kəsən şəxsin  həmin ünvanda yaşayan Fərdi Mirzəyev olduğu müəyyən edilib. 

Faktla bağlı təqsirkar barəsində akt və protokol tərtib olunub və ağacın dibi betondan təmizlənib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!